Travmatoloji və Ortopedik Müalicə Sahələri
Müasir cərrahi texnologiyalar və uzun illərin təcrübəsi ilə hərəkət sisteminizin sağlığını bərpa edirik. Op. Dr. Aqil Yusubov tərəfindən icra edilən əsas müalicə istiqamətləri ilə tanış olun.
Oynaqların Endoprotezləşdirilməsi
Çanaq-bud və diz oynaqlarının tam bərpası, protezlərin qoyulması və revizyon cərrahiyyəsi.
Artroskopik Cərrahiyyə
Diz və çiyin oynaqlarının qapalı üsulla (artroskopik) müalicəsi, menisk və çarpaz bağ əməliyyatları.
Mürəkkəb Sınıqların Müalicəsi
Hər növ ağır travmalar, sınıqlar və çıxıqların fiksasiyası, sümük qüsurlarının cərrahi bərpası.
İdman Travmaları
Peşəkar və həvəskar idmançılarda yaranan zədələrin operativ və konservativ müalicəsi.
Uşaq Ortopediyası
Anadangəlmə və qazanılmış ortopedik qüsurların, pəncə əyriliklərinin və displaziyanın müalicəsi.
Deformasiyaların Korreksiyası
Ayaq baş barmağının əyriliyi (Hallux Valgus) və ətrafların digər deformasiyalarının aradan qaldırılması.






