
OSGOOT-SCHLATTER XƏSTƏLİYİ-Usaqliq və yeniyetməlik dövründə sümük əzələ sisteminde bir sıra sürətli dəyişikliklər baş verir.Bu dövrdə aktiv idmanla məşğul olan uşaqlarda dizə yaxın sümük çıxıntısında kəskin ağrılar,şişkinlik və narahatlıq yarana bilər.Bu vəziyyət Osgood Schlatyer xəstəliyi kimi tanınır və əsasən 10-16 yaş arası aktiv idmanla məşğul olan uşaqlar arasında daha çox təsadüf olunur.Xəstəlik əsasən dizin aşağı hissəsində qamış sümüyünün yuxarı ön səthində ağrı və şişkinliklər özünü biruzə verir.Bu xəstəlik idmanla məşgul olan uşaqlar arasında daha geniş yayılmışdır.Bu xəstəliyin yaranmasına səbəb olan əsas amil dizə təkrarlanan mexaniki yuklənmələr və sümüklərin hələ inkişaf mərhələsində olmasıdır.
Bir çox valideynlər bu ağrıların idmanla əlaqəli olmağını düşünürlər ve Diaqnozun qoyulmasını gecikdirirlər.Halbuki vaxtında qoyulan diaqnoz və düzgün müalicə uşağın həyat keyfiyyətinin bərpasında mühim rol oynayır.Bu xəstəlik bəzən uşağın idman karyerasına da son qoya bilər.Agrilar adətən fiziki aktivlik zamanı daha da güclənir.Xəstəlik irəlilədikcə dizin altında sərt bir yumru da əmələ gələ bilər ki,bu da toxunduqda daha da ağrılı olur.
OSGOOT&SCHLATTER xəstəliyinin tibbi tərifi və əlamətləri.
Osgoot-schlatter xəstəliyi tibbi dildə tibiaapofizit adlanır və əsasən qamış sümüyündə sümük çıxıntısında meydana gələn iltihabı proseslə səciyyələnir.Bu xəstəlik zamanı dizin ön hissəsində ağrı,şişkinlik bəzən də dəri altında sərtlik yaranır.Əlamətlər əsasən idman zamanı və fiziki hərəkətlər zamanı artır.
YARANMA SƏBƏBLƏRİ VƏ RİSK FAKTORLARI.
Xəstəliyin yaranmasının əsas səbəbi mikrotravmalar və dizə düşən təkrarlanan mexaniki yuklenmelərdir.Yeniyetmelerde sümük və əzələ sistemi tam inkişaf etmədiyindən zədələnmə riski artır.İdmanla mütəmadi məşğul olan uşaqlarda risk faktoru artır.Genetik meyillik de xəstəliyin yaranmasında müəyyən rol oynayır.
XƏSTƏLİK ƏN ÇOX KİMLƏRDƏ MUSAHİDƏ OLUNUR?
Bu xəstəlik ən çox 10-16 yaş arası oğlan uşaqlarında daha çox təsadüf olunur.Bunun səbəbi isə həmin yaş qruplarında oğlan uşaqlarının idmanla daha çox məşğul olması və boy artımının sürətlə getməsidir.
XƏSTƏLİYİN DİAQNOSTİKASİ VƏ MUALİCƏSİ.
Xəstəliyin diaqnozu əsasən klinik müayinələrə əsasən qoyulur.Bəzi hallarda isə rentgen müayine olunur və rentgen müayine zamanı diaqnoz tam təsdiqlənir.
Mualucəsi isə əsasən konservativ yolla aparılır.
Müəllif:Travmatoloq-Ortoped Yusubov Aqil.

